Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Küveytin “Əl-Cəridə” qəzeti: Azərbaycan ildən-ilə daha da inkişaf edir

“Azərbaycan qısa müddət ərzində ən inkişaf etmiş ölkələrdən birinə çevrilib”.

Küveytin gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik “Əl-Cəridə” qəzetində Küveyt Universitetinin tələbəsi, 2017-ci ildə “Mən Azərbaycan haqqında nə bilirəm” yazı müsabiqəsinin qalibi Omar Əl-Həbibin “Azərbaycan…. Avropanın inkişafı və Asiyanın dirçəlişi” sərlövhəli məqaləsi dərc olunub.

Din.az bildirir ki, Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyindən “Report”a verilən məlumata görə, məqalədə Azərbaycanın 1991-ci ildə müstəqilliyini əldə etməsi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Şərqi Avropa və Mərkəzi Asiyanın ən inkişaf etmiş ölkələrdən birinə çevrilməsi qeyd edilib.

Məqalədə Azərbaycanın ərəb və Şərqi Avropa ölkələrindən fərqi vurğulanır.

“Azərbaycan fərqlidir və möhtəşəmdir. Azərbaycan 27 il bundan öncə öz müstəqilliyini əldə etməsinə baxmayaraq, qısa müddət ərzində ən inkişaf etmiş ölkələrdən birinə çevrilib, ölkədə sabitlik və milli birliyə nail olunub. Azərbaycan ildən-ilə daha da inkişaf edir”, – deyə müəllif qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...