Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Lavrov planı açdı: “Amerika Suriyada yeni dövlət qurmağa çalışır”

“Amerikanın Suriyadakı davranışları bizdə ciddi şübhələr yaradır”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov vacib açıqlama verib.

“Amerikanın Suriyadakı davranışları bizdə ciddi şübhələr yaradır. Belə görünür ki, onlar Suriyada daimi qalmaq niyyətindədir”.

Din.az Sputnik.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov belçikalı həmkarı Didiye Reynders (Didier Reynders) ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.

Lavrov qeyd edib ki, bu hal beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir.

“Biz görürük ki, amerikalı partnyorlarımız Suriyada Fərat çayının şərqində İraqla sərhədə qədər olan ərazidə özlərinə dost olan yeni dövlət qurmaq istəyir. Bu, çox təhlükəli həmlədir. Bu, regionu tanımamaq deməkdir. Ümid edirəm ki, ABŞ bu yanlışdan dönər və BMT TŞ-nin qətnamələrinə tərs davranmaz” — nazir bildirib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...