Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Lənkəranda “Dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib

Ölkədə dini etiqad sahəsində qanunun aliliyi təmin olunur.

Avqustun 6-da Lənkəran şəhər Mədəniyyət mərkəzində “Dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, konfransda Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra aparatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, İcra nümayəndələri, bələdiyyə sədrləri, QMİ-nin cənub bölgəsi üzrə qazisi, DQİDK-nin cənub bölgə şöbəsinin müdiri, təhsil, səhiyyə və mədəniyyət işiləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və rayon ziyalılarının nümayəndələri-ümumilikdə 650 nəfər iştirak edib.

Lənkəran ŞİH başçısı Taleh Qaraşov konfransı açaraq ölkədə ictimai-siyasi həyatın bütün sahələri ilə yanaşı mənəvi sahədə də dayanıqlı sabitliyin, inkişafın əldə olunduğunu, xüsusilə dini etiqad sahəsində qanunun aliliyinin təmin olunduğunu diqqətə çatdırıb. İcra başçısı rayonda dini durumun sağlamlaşdırılması məqsədilə şəhər İcra hakimiyyəti, QMİ-i, DQİDK-i və rayonun hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığı və kollektiv səyi ilə müvafiq işlərin aparıldığını önə çəkib və aparılan mədsədyönlü təbliğat-izahat işlərinin və vaxtında həyata keçirilən qanunamüvafiq tədbirlərin öz bəhrəsini verdiyini, nəticədə rayonda din sahəsində sabitliyin təmin olunduğunu, dini mərasimlərin qeyri-ənənəvi, yad düşüncəyə əsaslanan, müəyyən qrupların maraqlarına xidmət edən forma və məzmunda keçirilməsi hallarına son qoyulduğunu xüsusi vurğulayıb.

Sonra İcra başçısının müavini-İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri R.Arifqızı “Dövlət-din münasibətləri” mövzusunda məruzə edib. Lənkəran şəhər-rayon polis şöbəsinin rəisi, polkovnik İslam Hümmətov, QMİ-nin cənub bölgəsi üzrə qazısı Qəni Axundzadə, Lənkəran ŞTŞ-nin müdiri Aslan İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov, “Qalayçılar” məhəlləsi məscidinin imamı Səmədağa Şahbazov, Sutamurdov kənd məscidinin imamı Fəxri Sadıqov, şəhər 1 saylı tam orta məktəbinin direktoru Nəzakət Abdullayeva, Rayon Gənclər və İdman idarəsinin rəisi Yalçın Əhmədov məruzə ətrafında çıxış edib rayonda dövlət-din münasibətlərinin qanunamüvafiq tənzimlənməsi, dini sabitliyin qorunması ilə bağlı fikir və mülahizələrini söyləyiblər.

İcra başçısı Taleh Qaraşov konfransı yekunlaşdıraraq rayonda dövlət-din münasibətlərinin Konstitusiya normaları çərçivəsində tənzimlənməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, dini mərasimlərin keçirildiyi yerlərdə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinin gözlənilməsi ilə bağlı tövsiyyə və tapşırıqlarını çatdırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...