Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Lerikdə nadir tarixi tapıntı: 120 qəbir aşkarlandı

E.ə. V əsrə aid qəbiristanlıq və yaşayış yeri aşkar edildi.

Lerik rayonunda antik dövrə aid yeni tapıntılar aşkarlanıb.

Din.az Kult.az-a istinadən bildirir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri rayonun Piboztəpə adlanan ərazisində antik dövrün qəbiristanlığında aparılır. Aşkar edilən məzarlıqda 120 insan məzarı üzə çıxıb. Apardıqları tədqiqat işləri zamanı eramızdan əvvəl V əsrə aid olduğu bildirilən qəbiristanlıq və yaşayış yeri aşkarlayıblar.

Arxeoloji qazıntılar aparılan əraziyə yaxın yerdə 2 il əvvəl yaşayış məskəni də aşkarlanıb. Tədqiqatlara amerikalı mütəxəssislər də qatılıb.

Bu gunə qədər 50 belə yer aşkarlanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...