Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

LƏYAQƏTLİ OLMAĞIN 40 QAYDASI

Allah pisliklərdən çəkinən, ləyaqətli olan bəndələrini rizası və cənnət mükafatları ilə müjdələyib.

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

 

Məsuliyyət düşüncəsinə sahib ləyaqətli bəndələr Allahın qaydalarına tam əməl edirlər.

Allah bizə, doğru olanı səhvdən ayırmağımız üçün həqiqəti açıq şəkildə göstərən dəlillər göndərib. Allah pisliklərdən çəkinən, ləyaqətli olan bəndələrini rizası və cənnət mükafatları ilə müjdələyib, zülm edərək haqsızlıqlara azan bəndələrinə isə xəbərdarlıq edib. Allahın bizə xəbərdarlıq etməsi də Onun sonsuz mərhəmətinin müəyyən nəticəsidir. Bu şəkildə Allah bizi pisliklərdən çəkindirmək istəyir. Qaydalar insanlar üçündür. Allah yolunda əməl edilən hər qayda, bəndə ilə Allahı bir-birinə bağlayır, bəndəni Allaha yaxın, səhvdən uzaq saxlayır.

Allah qaydalarını bizim üçün bildirib. İnsan özü üçün xeyirli olana yönəlməlidir

“Allah, bütün qaydaların ən gözəlini, öz içində tutarlı, (həqiqətin) hər cür ifadəsini müxtəlif tərzlərdə təkrarlayan ilahi kəlam kimi nazil edir. Bu elə bir ilahi kəlamdır ki, Rəblərinə qarşı dərin hörmət bəsləyənlər ondan riqqətə gəlir, lakin sonda Allahın mərhəmətini xatırladıqda, qəlbləri və bədənləri yumşalır, sakitləşir. Allahın rəhbərliyi belədir. Doğru olana yönəlmək istəyəni bu şəkildə doğru yola çatdırır. Allahın azdırdığı (azmaq istəyən) şəxsə isə heç bir yolgöstərən tapa bilməz” (“Zumər” surəsi, 23).

 

Bəşəriyyətin doğru yol göstərəni olan Quran, Allaha bəndə olmağın məsuliyyətini dərk edən, onları gözəl şəkildə yerinə yetirmək istəyən, insan şərəfinə yaraşan imanlı və ləyaqətli həyat yaşamaq üçün qəlbən müəyyən səylər göstərən bəndələr üçün ilahi qaydaları bildirir. Quran ayələrini əsas götürərək diqqət yetirəcəyimiz ən mühüm şeyləri belə qeyd etmək olar:

1- Allaha səmimi inanaq, Ona heç nəyi şərik qoşmayaq.

2- Ağılla hərəkət edək. Ağlımızı başqalarına verməyək.

3- Quranı başa düşmək və həyatımıza əks etdirmək məqsədilə oxuyaq. Peyğəmbərlərin və möminlərin gözəl xüsusiyyətlərini nümunə götürək.

4- İxlaslı və səmimi olaq.

5- Öldürməyək. Allahın dəyərli yaratdığı cana qıymayaq.

6- Haqsızlıq, ədalətsizlik etməyək.

7- Haram və günahlardan uzaq olaq.

8- Nəfsimizə məğlub olmayaq. Öz-özümüzü qınayaq.

9- Əxlaqlı və ləyaqətli olaq.

10- Daim şükür edək, nankorluq etməyək.

11- Sözümüzdə sadiq olaq. Yaxınlarımızın əleyhinə də olsa, şahidlikdən çəkinməyək.

12- Yalandan uzaq olaq. Yalandan and içib şahidlik etməyək.

13- Təkəbbürlük etməyək. Yerişimiz, davranışlarımız və səs tonumuzda həddə fikir verək, təbii olaq.

14- İnsanlardan üz döndərməyək. Ehtiyacı olanlara əl tutaq.

15- Etdiyiniz yaxşılıqları şişirdərək minnət etməyək.

16- Oxuyaq, düşünək, araşdıraq.

17- Səmimi şəkildə dua və ibadət edək.

18- Allahdan bağışlanma diləyək. Onun mərhəmətindən ümid kəsməyək.

19- Allahın rizasına uyğun yaşayaq. Allahdan razı olaq.

20- Səmimi qəlbdən tövbə edək.

21- Bağışlayaq, mərhəmət edək.

22- Qəzəblənməyək, kobudluq etməyək, üzr istəməyi bacaraq.

23- Gözəl sözlər danışaq.

24- Lazımsız söz və davranışlardan uzaq olaq.

25- Dində təzyiqlərə yol verməyək. İnsanları Allahdan və dindən uzaqlaşdırmayaq.

26- Daim sülhün olmasına diqqət edək.

27- Fədakar olaq. Malımız və canımızla Allah yolunda səfərbər olaq.

28- Çalışqan olaq.

29- Əmanətdə diqqətli olaq.

30- Dedi-qodu etməyək. İnsanlara pis ləqəblər taxmayaq.

31- Məzhəb ayrı-seçkiliyi salmayaq.

32- Xeyirli əməllərdə yarışaq.

33- Haqsızlıq qarşısında möhkəm dayanaq.

34- Allah yolunda mübarizə aparaq. Maddi mənfəətə üstünlük verməyək.

35- Allahın hökmlərini pozmayaq, şeytanın izi ilə getməyək.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...