Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

LEYLA ƏLİYEVANIN ADINDAN İFTAR SÜFRƏSİ AÇILDI

Həştərxan vilayətində 300 nəfərin iştirak etdiyi iftar süfrəsi açıldı.

Rusiya Federasiyasının Həştərxan şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından 300 nəfərin iştirak etdiyi iftar süfrəsi açılıb.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev, Azərbaycan Diaspora rəhbəri Ə.Hüseynov, Həştərxan vilayəti Qubernatorunun müşaviri İ.Mirişov, Azərbaycan diasporunun nümayəndələri, Ümumrusiya Azərbaycanlılarının Gənclər Təşkilatının (AMOR) üzvləri, digər rəsmilər və müxtəlif müsəlman icmalarının təmsilçiləri iştirak etdiyi iftarda Müqəddəs Qurani-Kərimdən surə və iftar duası oxunub.

Tədbirdə Denis Afanasyev və Ədalət Hüseynov iftar süfrəsini təşkil edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya xüsusi minnətdarlıq bildiriblər.

Xatırladaq ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi hər il müsəlman icma nümayəndələru üçün iftar süfrəsi açır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...