Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Libermandan çağırış: AÇARIMIZ ƏRDOĞANIN ƏLİNDƏ OLSA …

“Ərdoğan istənilən bəhanədən istifadə edərək İsrailə qarşı hiddətli bəyanatlar verir”.

İsrail hökuməti Türkiyə ilə iqtisadi əlaqələri yenidən nəzərdən keçirməlidir.

Din.az xəbər verir ki, bu sözləri İsrail Müdafiə naziri Aviqdor Liberman Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Qüdslə bağlı açıqlamasını şərh edərkən qeyd edib.

“Son dövrlər Ərdoğan istənilən bəhanədən istifadə edərək İsrailə qarşı hiddətli bəyanatlar verir”, – nazir bildirib.

Liberman həmçinin İsraildən Türkiyəyə, oradan da Avropaya gedəcək qaz boru kəmərinin inşasına qarşı olduğunu əlavə edib:

“Düşünürəm ki, bu, böyük strateji yanlışlıq olar. Obrazlı dillə desək, qaz borumuzun ventili Ərdoğanın əlində olacaq”.

Qeyd edək ki, Ərdoğan Qüdsdə Türkiyənin Fələstin səfirliyinin açılacağını istisna etməyib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...