Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Lindsi Lohan: “Qurani Kərim mənə rahatlıq verir”

“Oruc tutmaq çətin olsa da xoşuma gəldi. Özümü çox yaxşı hiss etdim”.

Məşhur Hollivud aktrisası Lindsi Lohan İslam dinini seçməsilə bağlı bəzi fikirlərini bildirib.

 

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktrisa Qurani Kərim oxumağın ona rahatlıq gətirdiyini qeyd edib. Aktrisa namaz qıldığını və Ramazanda 3 gün oruc tutduğunu bildirərək deyib: “Küveytli dostumla Ramazan ayında 3 gün oruc tutdum. Çətin olsa da xoşuma gəldi. Özümü çox yaxşı hiss etdim”.

Qollarında Quran tutarkən çəkilmiş fotoşəklinin internetdə geniş yayılması haqqında suala cavab verən Lindi deyib: “Məqsədim yalnız əlimdə kitab tutmaq deyildi. Qurani Kərim mənim üçün müəyyən təsəlli, güvəndiyim və özümü rahat hiss etdiyim bir şeydir”.

Proqramda suallara cavab verən Hollivud ulduzu Qurani Kərimdən 15 səhifə oxuduğunu və bəzi surələri ərəb dilində yazmağa çalışdığını da qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...