Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Litva katolik kilsəsi Parisdəki Notr-Dam kilsəsinin bərpası üçün ianələr toplamağa başlayıb

Müqəddəs Məryəm qadın monastırı artıq ianələr üçün açılmış hesabı elan edib.

Litva katolik kilsəsi ötən həftə baş vermiş yanğın nəticəsində ciddi ziyan görmüş Parisin Notr-Dam kilsəsinin bərpası üçün ianələr toplanmağa başlayıb.

Din.az AZƏRTAC-a istinadən bildirir ki, Vilnüsdəki Teafilüs Matelenis gimnaziyası və Müqəddəs Məryəm qadın monastırı artıq ianələr üçün açılmış hesabı elan ediblər. Litvalılara müraciətdə xatırladılır ki, Fransa katolik kilsəsi, Sovet İttifaqının süqutundan sonrakı dövrdə Litvanın bərpasında yaxından iştirak edib. “Buna görə də bu ianələrlə biz qardaş fransız kilsəsinə minnətdarlığımız ifadə etməliyik”, – deyə müraciətdə bildirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...