Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

LİVAN PATRİARXI SƏUDİYYƏ ƏRƏBİSTANINA TARİXİ SƏFƏR EDİB

“Həririnin istefası Livan xalqını təəccübləndirdi, kədərləndirdi, həmçinin böhrana səbəb oldu”.

Livanın xristian maronit patriarxlığının rəhbəri dünən Səudiyyə Ərəbistanına tarixi səfərə gedib.

Din.az bildirir ki, Patriarx Bəşəra ər-Rai səfər çərçivəsində Səudiyyə Ərəbistanında saxlanılan Livanın Baş naziri Səəd Həriri, Kral Salman və oğlu vəliəhd şahzadə Məhəmməd ibn Salmanla görüşəcək.

“Əlbəttə ki, Həririnin istefası Livan xalqını təəccübləndirdi, kədərləndirdi, həmçinin böhrana səbəb oldu. Ümid edirəm ki, səfərim əsnasında bu mövzuda onunla danışa bilərəm”, – deyə patriarx jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, qeyri-müsəlman dini liderlərin Səudiyyə Ərəbistanına səfəri nadir hallarda baş verir. Bu da noyabrın 4-də Baş nazir Səəd Həririnin istefasından sonra Livandan Səudiyyə Ərəbistanına reallaşan ilk yüksəkrütbəli rəsmi səfərdir.

Bildirək ki, Patriarx Bəşəra ər-Rai Livan, Suriya və Kiprdə yaşayan maronit xristianlarının lideridir. Livanda 900 minədən maronit xristian yaşayır ki, bu da ölkə əhalisinin dörddəbiri deməkdir. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...