Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Livan prezidenti Ermənistana səfər edəcək

M.Aun İraq və Ermənistanla iqtisadi və siyasi ikitərəfli əlaqələrin inkişafını müzakirə edəcək.

Livan Prezidenti Mişel Aun bu həftə İraq və Ermənistana səfər edəcək.

Din.az xəbər verir ki, nümayəndə heyətinin tərkibinə daxili işlər naziri Nihad Maşnuk, xarici işlər naziri Cebran Bassil, sənaye naziri Hüseyn Əl-Hac Həsən və bir sıra digər qurumların rəhbərləri daxil olacaq.

M.Aunun fevralın 20-də İraqa ikigünlük səfəri başlayır. O, səfər zamanı İraqın Baş naziri Hayder əl-Abadi və parlamentin sədri Sabur əl-Cəburi ilə görüşəcək.

Ardından Livan prezidenti Ermənistana gedəcək və orada həmkarı Serj Sarqsyanla, həmçinin son vaxtlar Beyrutdan ayrılan Livan icmasının nümayəndələri ilə görüşəcək.

Səfərlər çərçivəsində M.Aun İraq və Ermənistanla iqtisadi və siyasi ikitərəfli əlaqələrin inkişafını, eləcə də regional və beynəlxalq formatlarda diplomatik əlaqələrin gücləndirilməsini müzakirə etmək niyyətindədir. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...