Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Livan prezidenti Osmanlıya görə tənqid edildi

Livan Prezidenti Mişel Avn sərt tənqid edildi.

Livan Prezidenti Mişel Avn Osmanlı dövlətini təhqir etdiyi üçün tənqidə məruz qalıb.

Din.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri M.Avnın Osmanlı dövlətinin livanlılara qarşı terror törətməsi barədə açıqlamasına etiraz ediblər.

Livanlı tarixçi, professor Xalid əl-Cündi də “Anadolu” agentliyinə açıqlamasında Livan dövlət başçısının dediklərinin həqiqəti əks etdirmədiyini söyləyib. O, Osmanlının ayrı-ayrı xalqlara qarşı humanist yanaşmasından bəhs edib.

Qeyd edək ki, ötən gün Livan Prezidenti Mişel Avn Livan dövlətinin qurulmasının 100-cü ildönümü münasibətilə verdiyi açıqlamada Osmanlı boyunduruğundan xilas olmaq cəhdlərinin şiddət, cinayət və məzhəb çəkişməsi ilə nəticələndiyini, özlərinin terrora məruz qaldıqlarını bildirib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...