Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Livanda kilsə və məscidlərdə kütləvi qırğın törətməyə hazırlaşan İŞİD-çi saxlanılıb

“Saxlanılan şəxs İŞİD-in xeyrinə tədbirlər hazırlayıb”.

Livan xüsusi xidmət orqanlarının əməkdaşları İŞİD-in tərkibinə daxil olan Suriya vətəndaşını ölkənin cənubunda yerləşən kilsələrdən birinə terror hücumu hazırlayan zaman yaxalayıblar.

Din.az xəbər verir ki, bu barədə Livan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Saxlanılan şəxs öz həmfikirləri ilə birgə Şri-Lankadakı terror aktlarının ssenarisinə bənzər şəkildə maksimum çox sayda inanclı insanın qətlə yetirilməsi məqsədi ilə kilsələrdən birinə hücum da daxil olmaqla, İŞİD-in xeyrinə tədbirlər hazırlayıb”, – deyə bəyanatda bildirilir.

Terrorçu öz silahdaşları ilə kilsəyə hücumla yanaşı, Livanın cənub yaşayış məntəqələri və kəndlərində şiə məzhəbli dini obyektlərə partlayıcı maddələrdən istifadə yolu ilə hücumlar planlaşdırıb. /Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...