Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Livanlı iş adamı Azərbaycanda meyvə bağları salacaq – Ermənilər üçün… 

N. Abu Feysal qondarma separatçı rejimin oyuncaq rəhbərlərilə görüşüb.

Livanlı iş adamı Nikol Aby Feysal Azərbaycanın dövlət sərhədini pozaraq erməni işğalı altındakı Qarabağa gəlib.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda erməni jurnalistlərə Xankəndindəki qondarma rejim nümayəndələri məlumat verib. “Gardenia Grain D’or” şirkətinin əsasını qoymuş N. Abu Feysal qondarma separatçı rejimin oyuncaq rəhbəri Bako Saakyan və digər “vəzifəli” şəxslərlə görüşüb. Livanlı sahibkar erməni nəzarətindəki Azərbaycan torpaqlarında bir sıra layihələr icra etməyə söz verib. O, Qarabağda ermənilər üçün yeni meyvə bağları da salmağı planlaşdırır. Bundan əlavə, bu ərazilərdə N. Abu Feysal təkrar emal zavodları da qurmağı nəzərdə tutub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...