Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Liviyada terror aktı nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb

Hadisə zamanı daha 11 nəfərin yaralandığını xəbər verib.

Liviyada terror aktı törədilib.

Din.az xəbər verir ki, bu barədə “Əl-Vətən” qəzeti yerli təhlükəsizlik qüvvələrinin nümayəndəsinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Benqazidən 100 kilometr məsafədə, Əjdabiyə şəhərində qeydə alınıb. Minalanmış avtomobilin partladılması nəticəsində 8 nəfər həlak olub.

Həkimlər hadisə zamanı daha 11 nəfərin yaralandığını xəbər verib. Onların hamısı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Liviya polisi hadisəni terror aktı adlandırıb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...