Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

London meri ilk dəfə müsəlman oldu

2013-cü və 2015-ci illərdə S.Xan britaniyalı müsəlmanlar arasında “ilin siyasətçisi” adını qazanıb.

Leyboristlər partiyasının təmsilçisi, Pakistan əsilli Sadiq Xan Londonun meri seçilib.

London-meriDin.az apa-ya istinadən xəbər verir ki,  o, bu posta yiyələnən ilk müsəlman kimi tarixə düşəcək.

2013-cü və 2015-ci illərdə S.Xan britaniyalı  müsəlmanlar arasında “ilin siyasətçisi” adını qazanıb.

Onun proqramının əsas bəndləri mənzil inşaatının, sosial sahənin inkişafı, ictimai nəqliyyatda qiymət artımının məhdudlaşdırılması və Hitrou hava limanının genişləndirilməsindən imtinadır. 

46 yaşlı Sadiq Xan insan haqları üzrə hüquqşünasdır. O, 2008-2009-cu ildə yerli idarəetmə məsələləri üzrə dövlət naziri, 2009-2010-cu illərdə isə nəqliyyat məsələləri üzrə dövlət naziri postlarında çalışıb. Sadiq Xan evlidir, 2 övladı var.

MÜZAKİRƏ

1 şərh London meri ilk dəfə müsəlman oldu üçün

  1. Vadar dedi:

    Maşa Allah!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...