Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Londonda 30 min nəfər müsəlmanlara dəstək aksiyası keçirdi – FOTO

“İslamabiyaya yox”, “Müsəlmanların yanındayıq” …

İngiltərənin paytaxtı Londonda islamafobiya, antisemitizm və irqçiliyə qarşı çıxan 30 min nəfər aksiya keçirib.

Din.az xəbər verir ki, İrqçiliyə Qarşı Ayaxa Qalx vətəndaş cəmiyyəti tərəfindən təşkil edilən aksiyada etirazçılar Baş nazir Tereza Meyin ofisinin qarşısına yürüyüblər.

Etirazçılar Tereza Meyin keçirdiyi islahatlarla son illərdə irqçilərə cəsarət verdiyini və hökumət irqçi siyasətə qarşı daha kəskin addım atmalarının vacibliyini bildiriblər.

Müsəlmanlara qarşı kin və fobiyanı qınayan aksiyaçılar “İslamabiyaya yox”, “Müsəlmanların yanındayıq” kimi şüarlar səsləndiriblər. / Qafqazinfo.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...