Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
image

Londonda ilk müsəlman merə qarşı irqçilik – FOTO

Share Button

Seçkilərdə namizəd olan “Öncə Britaniya” Partiyasının təmsilçisi Paul Qodinq Sadiq Xana qarşı irqçiliyə yol verib.

Xəbər verdiyimiz kimi, ötən gün Böyük Britaniyanın paytaxtı Londonda keçirilən mer seçkilərində Leyboristlər partiyasının nümayəndəsi Sadiq Xan qalib gəlib.

Din.az AzVision-a istinadən xəbər verir ki, Sadiq Xanın mer seçilməsi Britaniyada sağçıların etirazına səbəb olub.

Seçkilərdə namizəd olan “Öncə Britaniya” Partiyasının təmsilçisi Paul Qodinq Sadiq Xana qarşı irqçiliyə yol verib.

O, Londonun yeni seçilmiş meri çıxış edərkən etiraz əlaməti olaraq arxasını ona çevirib.
Paul Qodinqın bu hörmətsizliyi sosial mediada qalmaqal yaradıb.

İstifadəçilər onu irqçilikdə ittiham edirlər.

Qeyd edək ki, milliyətcə pakistanlı olan 46 yaşlı Sadiq Xan fəhlə ailəsindən çıxıb, onun atası avtobus sürücüsü olub. 8 uşaqlı ailə London ətrafındakı sosial mənzildə yaşayıb. Xan insan haqları sahəsində ixtisaslaşmış hüquqşünasdır. O, tarixə bu vəzifəni tutan ilk müsəlman kimi daxil olub.

2013 və 2015-ci illərdə Xan Böyük Britaniyada “ilin hüquqşunası” seçilib. Onun həyat yoldaşı Sədiyə Əhməd də hüquq müdafiəçisidir.

Cütlüyün iki uşağı var.

Rüstəm İsmayılov

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top