Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Londonda irqçiliyə qarşı mitinqlər keçirilir

Avropada irqi ayrı-seçkilik halları hələ də davam edir.

İngiltərədə mühacir və köçkünlərlə bağlı məsələlərin müzakirə olunduğu paytaxt Londonda “Lunar House” qarşısında toplanan yüzlərlə şəxs faşizmə, irqçiliyə və ayrı-seçkiliyə qarşı yürüş ediblər.

“Din.az” Türkiyənin “muslimport.com” saytına istinadən xəbər verir ki, anarxist qrupların da dəstək olduğu nümayişdə bəzi qüvvələr arasında qarşıdurmaların baş verməsi diqqətlərdən yayınmayıb.

 

İngilis polisinin sədd çəkərək nəzarət etməyə çalışdığı nümayişçilər arasında 6 nəfər saxlanılıb.

İfrat sağçı qruplar mühacir və köçkünlərə qarşı şüarlar səsləndirərək irqçilik əleyhdarı olan qrupları təhrik etməyə çalışıblar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...