Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Londonda müsəlmanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi 

Londonda müsəlmanlara hücumun ildönümü yad edilib.

Londonda müsəlmanlara hücumun ildönümü 1 dəqiqəlik sükutla qeyd edildi.

Din.az bildirir ki, ötən gün Böyük Britaniyanın paytaxtı London şəhərində müsəlman Məkrəm Əlinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Məkrəm Əli ötən il 19 iyunda Londonun Finsberi-park rayonundakı məscidə edilmiş hücum zamanı dünyasını dəyişib.

Tədbirdə paytaxt meri Sadiq Xan, ölkənin daxili işlər naziri Sadcid Cavid və şəhərin müsəlman icmasının üzvləri də iştirak ediblər.

Xatırladaq ki, 2017-ci il iyunun 19-u 48 yaşlı Darren Osborn qəsdən maşınını məsciddən çıxan müsəlmanların üzərinə sürüb. Terror aktının qurbanı 51 yaşlı Məkrəm Əli olub, daha 10 nəfər isə yaralanıb.

Cinayətkar ömürlük azadlıqdan məhrub edilib. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...