Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
mi16_ajani_50_ingiliz_imam_h22273

Londonun İŞİD-ə qarşı xüsusi təyinatlı 50 ingilis imanı

Share Button

İraq və Suriyaya gedəcək imamlar xüsusi yetişdirilmiş MI 16 agentləri olacaq

İngilis mediasına istinadən Suriya və İraqa göndəriləcək 50 ingilis imam bölgədə İŞİD əleyhinə təbliğat aparacaq. 50 imamın ingilis kəşfiyyatında kraliçaya bağlı olan Mİ 16 agentləri olduğu deyilir.

“A24.az” xəbər verir ki, dindar görünüşlü kəşfiyyatçıları ilə Orta Şərqi yüz il bundan əvvəl dizayn edən ingilislər yenə eyni üsula əl atıb. Belə ki, Londonda təlim keçəcək 50 imamın İraq ilə Suriyaya göndəriləcəyi və İŞİD haqqında məlumat toplayacağı ortaya çıxıb.

Eyni imamların Suriya və İraqın bir çox bölgəsində İŞİD-ə qarşı kampaniya keçirəcəkləri də açıqlanıb. İngilis səlahiyyətliləri “ölkə daxilində məscidləri təmsil edən bir qrup imam bir çox məlumatların toplanması üçün İraqa gedəcək. Artıq bu mövzuda hazırlıq işləri tamamlanıb. İmamlar daha əvvəl İŞİD-in nəzarətində olan bölgələri ziyarət edəcəklər və Ezidiye də daxil olmaqla İŞİD-in təcavüzündən əziyyət çəkənlərlə də görüşəcəklər”, – deyə qeyd edib. Kraliçanın bölgəyə gedəcək din adamları üçün sonrakı planı isə daha qəribəliklərlə doludur…

İngilislər iraqlı imamları da İngiltərəyə gətirməyi planlaşdırıb. Gətiriləcək imamlar İŞİD-in nəzarəti altında olan bölgələrdə həyatın həqiqətləri ilə bağlı məscidlərdə söhbətlər edəcək və gənc ingilis müsəlmanlara səslənərək onların İŞİD-ə qoşulmasının qarşısını alacaq. Daha sonra isə bu imamlar yenidən Londonda təlim keçib təkrar İraqa geri göndəriləcək.

İngilis mediasında və parlamentində müzakirə edilən bu plan üçün beynəlxalq media isə “İraq və Suriyaya gedəcək imamlar əslində xüsusi yetişdirilmiş MI 16 agentləri olacaq. Sanki keçmişdə olduğu kimi… Orta Şərqdə sərhədlər dəyişəcəksə, bunu müasir Lavrencelar edəcək”- deyərək, açıqlama verib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top