Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Londonun meri ilk dəfə müsəlman seçilə bilər

Sosioloji sorğunun nəticələri bunu deməyə əsas verir.

“YouGov” təşkilatının keçirdiyi sosioloji sorğunun nəticələrinə əsasən, London meri ilk dəfə müsəlman ola bilər.

Qazeta.ru bildirir ki, Leyboristlər partiyasının üzvü, Pakistan əsilli Sadiq Xan London meri seçkilərinin birinci raundunda səslərin 43 faizini, onun əsas rəqibi – mühafizəkar Zak Qoldsmit isə 32 faizini toplaya bilər.

Yekun nəticədə isə Xanın 57 faiz, Qoldsmit isə 43 faiz səs toplayacağı proqnozlaşdırılır.

Sorğu 2-4 may tarixlərində 1574 respondent arasında keçirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir