Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Londonun müsəlman bələdiyyə sədrindən Meyə müraciət

Mer iki məscidə edilən terror hücumundan sonra İslama qarşı söz hücumlarına məruz qalıb.

İqtidardakı Mühafizəkar partiyasının və onun təəssübkeşlərinin İslama qarşı təzyiqlərinə məruz qalıram.

Din.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Londonun ilk müsəlman bələdiyyə sədri Sadiq Xan ölkənin baş naziri Tereza Meyə ünvanladığı müraciətdə qeyd edib.

Xan Yeni Zelandiyada iki məscidə edilən terror hücumundan sonra öz ölkəsində İslama qarşı söz hücumlarına məruz qalıb.

Bələdiyyə sədri baş nazir Meyi İngiltərədəki müsəlmanlar üçün qurulan parlament qrupunun hazırladığı, İşçi Partiyası və Liberal Demokratların qəbul etdiyi anti-islamizm konsepsiyasını qəbul etməyə çağırıb.

Sözügedən sənəddə “islamafobiya və müsəlmanları hədəfə alan hər cür yanaşma irqçilikdir” ifadəsi yer alır.
Bələdiyyə sədrinin məktubunu dərc edən “Quardian” qəzeti qeyd edib ki, Yeni Zelandiyada məscidə terror hücumundan sonra İngiltərədə müsəlmanlara qarşı işlənən nifrət cinayətləri 593 dəfə artıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...