Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Londonun müsəlman meri barədə ŞOK İDDİA

Xatırladaq ki, Londonda parlament və nazirliklər şəhərin Vestminster bölgəsində yerləşir.

İtaliyada ana müxalifət partiyası statusunda olan “5 Ulduz Hərəkatı”nın lideri Beppe Grillo Londonun yeni meri barədə ağlasığmaz iddia səsləndirib.

“Din.az” “musavat.com”a istinadən xəbər verir ki, D.Grillo “Sadiq Xan Vestminsteri havaya uçuranda görüşərik” deyib.

Komediya ustası kimi populyarlaşan Beppe Grillonun qurucusu olduğu və hazırda liderliyini etdiyi partiya 2013-cü ildə ilk dəfə seçkilərdə iştirak etmiş və səslərin 25 faizini almışdı. Komediya şoularına davam edən Grillo siyasətdən uzaq zarafatları ilə tanınır.

grillo

O, son olaraq Sadiq Xanla bağlı çox sərt sözlərdən istifadə edib:

“Bir banqladeşlinin seçilmiş olması adəti üzrə baş verən hadisə deyil. Vestminsteri havaya uçuranda görüşərik”.

Xatırladaq ki, Londonda parlament və nazirliklər şəhərin Vestminster bölgəsində yerləşir. Hazırda bu sözlərinə görə partiya liderini iqrçilikdə ittiham edirlər.

İqtidarda olan Demokratik Partiyadan Roma bələdiyyə sədrliyinə namizəd olan Roberto Giachetti də Tvitterdə yazdığı mesajda Grillo’nun bu “zarafatının” onu güldürmədiyini deyib. Xəbər saytları və sosial mediadakı müzakirələrdə də Grillonu həm cahillikdə, həm də irqçilik və faşizmdə suçlayıblar. Hətta bir sosial şəbəkə istifadəçisi “Ancaq komediyaçı belə bir zarafat edə bilər, amma siyasətçi əsla..” yazıb. Hazırda sosial mediada onunla bağlı “siyasətdən əl çək, komediya səhnəsinə qayıt” kampaniyası başlanıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...