Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Londonun müsəlman meri Trampı faşist adlandırdı

“Prezident Donald Tramp getdikcə böyüyən qlobal təhdidin sadəcə parlaq nümunələrindən biridir”.

London meri Sadiq Xan ABŞ Prezidenti Donald Trampı faşist adlandırıb.

Din.az xəbər verir ki, bu barədə “Qardian”da xəbər dərc olunub.

“Tramp tərəfdarlarını birləşdirmək üçün eynilə XX əsrdəki faşistlərin dili ilə danışır. Prezident Donald Tramp getdikcə böyüyən qlobal təhdidin sadəcə parlaq nümunələrindən biridir” – Xan deyib.

O, ultrasağçıların bütün dünyada populyarlıq qazandığını və bunun Böyük Britaniya demokratiyası üçün təhdid olduğunu söyləyib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...