Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Londonun müsəlman merindən açıqlama: “Həyatım boyunca…”

Keçən həftə keçirilən bələdiyyə seçkilərində qələbə qazanaraq Londonun ilk müsəlman meri olan Sadiq Xan, “Həyatım boyunca ekstremizm və radikallaşma ilə savaşdım” deyib. “Din.az” xəbər verir ki, Londonun ilk müsəlman bələdiyyə başçısı Sadiq Xan, İngiltərənin BBC kanalında yayımlanan “Andrew Marr Show”da iştirak edərək gündəmlə bağlı sualları cavablandırıb. “Londonun meri olmaq uğrunda gedən mübarizədə Mühafizəkar Partiyasının namizədi […]

Keçən həftə keçirilən bələdiyyə seçkilərində qələbə qazanaraq Londonun ilk müsəlman meri olan Sadiq Xan, “Həyatım boyunca ekstremizm və radikallaşma ilə savaşdım” deyib.

“Din.az” xəbər verir ki, Londonun ilk müsəlman bələdiyyə başçısı Sadiq Xan, İngiltərənin BBC kanalında yayımlanan “Andrew Marr Show”da iştirak edərək gündəmlə bağlı sualları cavablandırıb.

“Londonun meri olmaq uğrunda gedən mübarizədə Mühafizəkar Partiyasının namizədi Zac Goldsmithi ekstremizmlə əlaqələndirən üslubunun yalnış olduğunu bildirən Xan, Mühafizəkar partiyası çirkin, neqativ və ayrıseçkilik kampaniyası yürütdüyü üçün məyus oldum” deyib.

Khan, “bütün həyatımı azlıqları, qeyri-hökumət və ana axının siyasətə daxil olmaları mövzusunda cəsarətləndirmək üçün həsr etdim. Həyatım boyunca ekstremizm və radikallaşma ilə savaşdım” deyə qeyd edib.

Partiyanın daxili məsələlərini bir tərəfə qoyaraq ictimai məsələlərlə maraqlanmağın lazım olduğunu ifadə edən Xan, “böyük bir çadır kimi olmalıyıq. Hər kəslə danışmalıyıq. Yalnız İşçi Partiyalılarla danışmağın bir mənası yoxdur. Yüksək səviyyəli idarəçilərlə, seçkidə Mühafizəkar Partiyaya, UKIP-yə (Birləşmiş Krallıq Müstəqillik Partiyası) səs verənlərlə, səs verməyib evdə oturanlarla danışmalıyıq” deyib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...