Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Maaş alacaq din xadimlərinin siyahısı Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim edilib

M.Qurbanlı: “Yaxın vaxtlarda həmin maddi dəstəklər məscidlərdə çalışan din xadimlərinə veriləcək”.

“Dövlətdən maaş alacaq din xadimlərinin siyahısı Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim edilib”.

Din.az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən Mübariz Qurbanlı deyib.

O bildirib ki, hazırda fond bu məsələ üzərində işləyir: “Siyahı dəqiqləşdirilir, fondla Qafqaz Müsəlmanları İdarəsi bu istiqamətdə fəaliyyət göstərir. Himayəçilər Şurası da bu məsələni müzakirə edib”.

M.Qurbanlı qeyd edib ki, yaxın vaxtlarda həmin maddi dəstəklər məscidlərdə çalışan din xadimlərinə veriləcək: “Fondun vəsaiti yalnız dövlətdən deyil, həm də müxtəlif növ ianələrdən də əldə olunacaq. Dəstək din xadiminin tutduğu vəzifəyə görə fərqli olacaq. Daha çox əmək haqqını imam alacaq. Naxçıvan Muxtar Respublikasında çalışan din xadimlərinə də fonddan maddi dəstək veriləcək”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...