Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Macarıstan Qüdsdə ticarət nümayəndəliyini açıb

Macarıstan Qüdsdə diplomatik ticarət nümayəndəliyinin rəsmi açılışını etdi.

Macarıstanın xarici işlər naziri Peter Siyyarto çərşənbə axşamı Qüdsdə (Yerusəlim) diplomatik ticarət nümayəndəliyinin rəsmi açılışını edib.

Din.az xəbər verir ki, bu barədə İsrail hökuməti başçısının dəftərxanası məlumat yayıb.

“Baş nazir Binyamin Netanyahu (İsrail) və Macarıstanın XİN rəhbəri Peter Siyyarto bu gün Yerusəlimdə macar diplomatik ticarət nümayəndəliyinin açılış mərasimində iştirak ediblər. Onlar obyektə baxış keçiriblər, qırmızı lent kəsiblər və lövhə üzərindən örtüyü birgə götürüblər”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, ticarət nümayəndəliyi Macarıstanın İsraildəki səfirliyinin bölməsidir, orada üç diplomat işləyəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...