Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Madaqaskarda 16 Quran kursu bağlanır

Madaqaskarda Quran tədrisi…

Madaqaskarın təhsil naziri Paul Rabari “İslam özəl məktəbi” kimi açılan, lakin sonradan Quran kursuna çevrilən 16 mərkəzi bağlayacaqlarını bildirib.

“Din.az” Türkiyənin “muslimport.com” saytına istinadən xəbər verir ki, Madaqaskarın təhsil naziri Paul Rabari müəyyən edilən şərtlərə uyğun olmayan 16 Quran kursunun bağlanılması qərarının verildiyini qeyd edib.

Özəl məktəblərdə dini təhsilin həftədə yalnız bir saat tədris olunduğunu deyən Rabari, Quran kursuna çevrilən özəl məktəblərdə həftədə 5 saat dini təhsil verildiyini bildirib.

Rabari qərarla bağlı məsəələləri müzakirə etmək üçün ölkədə yaşayan müsəlmanların nümayəndələrilə masa arxasına əyləşməyə hazır olduqlarını deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...