Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Madlen Olbrayt İslam dinini qəbul etməyə hazır olduğunu bildirib

“Mən həmrəylik naminə müsəlman olmağa hazıram”.

ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt Suriyadan olan qaçqınları qəbul etməkdən və müsəlman ölkələrindən olan miqrantlara viza verməkdən imtina edən prezident Donald Trampa cavab olaraq İslam dinini qəbul etməyə hazır olduğunu açıqlayıb.


“Din.az” APA-ya istinadən xəbər verir ki, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb. “Mən katolik kimi böyümüş, daha sonra protestantlığı qəbul etmişəm. Bir müddət sonra doğmalarımın əslində yəhudi olduğunu bilmişəm. İndi mən həmrəylik naminə müsəlman olmağa hazıram. Azadlıq heykəlinin üzərində kiçik hərflərlə yazı yoxdur. Amerika istənilən dindən və etnik qrupdan olan insanlar üçün açıq olaraq qalmalıdır”, – deyə M. Olbrayt bildirib.

Sabiq dövlət katibi səhifəsinə Azadlıq heykəlinin fotosunu da yerləşdirib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...