Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Mahmud Abbas ABŞ-la əməkdaşlıqdan imtina edir

Fələstin-ABŞ münasibətlərində gərginlik yaşanır.

Fələstin rəsmi Vaşinqtonun hərəkətləriylə əlaqədar, o cümlədən Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə görə Birləşmiş Ştatlarla istənilən formada əməkdaşlıqdan imtina edir.

Bu barədə Rusiya prezidenti Vladimir Putinlə görüşün gedişatında Fələstin lideri Mahmud Abbas bildirib.

Abbasın sözlərinə görə, Vaşinqtonun ABŞ səfirliyinin Qüdsə köçürülməsi haqqında qərarı (Fələstin üçün-red) şillədir.

“ABŞ-ın hərəkətləri ilə yaradılmış belə mühitdə indiki andan amerikalılarla onların hər hansı növ statusunda əməkdaşlıqdan imtina edirik. Çünki biz onların hərəkətlərinə qarşı çıxırıq”, – deyə o bildirib.

Daha əvvəl Tramp ABŞ-ın vitse-prezidenti Mayk Pensin Yaxın Şərqə səfəri zamanı ona qarşı edilən “hörmətsilizyə” görə Fələstini maddi yardımdan məhrum etməsi ilə hədələyib. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...