Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Mahmud Abbas Britaniya və ABŞ-ın Fələstinə dair siyasətini BMT-də tənqid edib

“Konqres bizi terrorçu sayırsa, onda necə ABŞ administrasiyası bizimlə münasibət saxlayır?”

Fələstin milli administrasiyasının sədri Mahmud Abbas BMT Təhlükəsizlik Şurasının iclasında Böyük Britaniya və ABŞ-ın Fələstinə dair siyasətini tənqid edib.

Din.az APA-ya istinadən verdiyi xəbərə görə, M.Abbas xalqının ağır vəziyyətə düşməsində Britaniya hökumətinin günahkar olduğunu bildirib.

“Böyük Britaniya hökuməti Fələstin xalqı üçün faciəvi nəticələrə gətirib çıxarmış 1917-ci il tarixli Balfur bəyannaməsinə görə məsuliyyət daşıyır”, – deyə M.Abbas qeyd edib.

Fələstin rəhbəri ABŞ-ı da tənqid atəşinə tutub: “Qəribədir ki, ABŞ Konqresin 1987-ci il qərarını əsas gətirərək, Fələstin Azadlıq Təşkilatını hələ də terrorçu siyahısına daxil etməkdə və missiyamızın Vaşinqtonda fəaliyyəti üçün maneələr yaratmaqda davam edir”.
“Konqres bizi terrorçu sayırsa, onda necə ABŞ administrasiyası bizimlə münasibət saxlayır? Necə Fələstinə səfərlər edir? Necə bizə dəstək verir? Siz necə terrorçulara dəstək verirsiz?”, – deyə M.Abbas ABŞ nümayəndə heyətinə müraciət edərək bildirib.

M.Abbas xatırladıb ki, 2017-ci ildə Fələstin nümayəndələri 4 dəfə ABŞ prezidenti ilə görüş keçiriblər.

TŞ-nin qeyd olunan iclasında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli, habelə prezident D.Trampın müşaviri və yeznəsi Cared Kuşner də iştirak edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...