Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Mahmud Abbas dünya ictimaiyyətini Qəzzada baş verənlərə müdaxiləyə çağırdı

Dünya ictimaiyyəti Qəzza sektorundakı vəziyyətə müdaxilə etməlidir.

Fələstin milli muxtariyyətinin lideri Mahmud Abbas dünya ictimaiyyətini Qəzza sektorundakı vəziyyətə müdaxilə etməyə çağırıb. M.Abbas sabitliyin daha da pozulmasının qarşısının alınması üçün bunun vacibliyini vurğulayıb.

Qeyd olunur ki, avqustun 9-da Abbas bütün səviyyələrdə bir sıra beynəlxalq danışıqlar aparıb.

Xatırladaq ki, İsrail Hərbi-Hava Qüvvələri Fələstinin Qəzza sektorunda yerləşən 100-dən çox hərbi obyektinə hücum edib.(Virtualaz.org)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...