Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

MAHMUD ABBAS: “Ermənilər bu torpaqların duzudur”

Fələstin lideri “ermənilər Qüdsdə, Ramallada və Bethlehemdə hər zaman olublar.

Fələstin dövlətinin lideri Mahmud Abbas keçmiş erməni təqviminə görə 18 yanvarda qeyd olunan Milad bayramında iştirak edib.

Din.az bildirir ki, “Massis Post” xəbər saytının verdiyi məlumata görə, Bethlehemdəki kilsədə keçirilən ayindən sonra Mahmud Abbas çıxış edib, ermənilərin və digər xristianların bu torpaqların duzu olduqlarını, əsla bu torpaqları tərk etməyəcəklərini dilə gətirib.

Mahmud Abbas “ermənilər başda olmaqla xristianlardan qurtulmaq istəyənlərə yerlərində sakit qalmalarını tövsiyyə edib. Fələstin lideri “ermənilər Qüdsdə, Ramallada və Bethlehemdə hər zaman olublar. Onların burdan getmələrini istəyənlərin özləri getsinlər” şəklində çıxış edib.

Bundan başqa Mahmud Abbas Fələstin xalqının hazırki faciəvi vəziyyətini soyqırım illərində ermənilərin halına bənzədib. Daha sonra Fələstin lideri erməni həmkarı Serj Sarkisyanı Fələstinə dəvət edib, onun bu dəvətini qəbul edəcəyinə ümüd etdiyini deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...