Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Mahmud Abbas Trampla görüş üçün 3 şərtini saydı

“Əsrin razılaşması” mövzusu bağlansın …

Fələstin prezidenti Mahmud Abbas BMT Baş Assambleyasında ABŞ dövlət başçısı Donald Trampla görüşü üçün 3 şərt irəli sürüb.

Din.az bildirir ki, bu barədə “Donia Al-Watan” xəbər verir.

Fələstin Milli Şurasının üzvü Valid Avad bildirib ki, ABŞ Fələstindən BMT-də Abbasla Trampın görüşünün keçirilməsini xahiş edib.

O, bildirib ki, Fələstin lideri öz növbəsində bir neçə şərt irəli sürüb. M.Abbas ABŞ-dan Qüdsdəki səfirliyini bağlamağı, “əsrin razılaşması” mövzusunu qapatmağı və fələstinlilərlə israillilər arasında danışıqlara məsul olan nümayəndəni dəyişdirməyi tələb edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...