Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Maradona Mahmud Abbasa: “Mən fələstinliyəm” – VİDEO

Maradona Fələstinin haqlı olduğu münaqişədə onlarla birlikdə olduğunu bildirib.

Argentina futbolunun əfsanəvi oyunçusu Diyeqo Maradona Fələstin lideri Mahmud Abbasla görüşü zamanı “mən fələstinliyəm” deyib.

Din.az türk mətbuatına istinadən xəbər verir ki, Fələstin lideri Mahmud Abbas Rusiyaya səfəri zamanı futbolun canlı əfsanəsi Diyeqo Maradona ilə Moskvada görüşüb.

Görüş zamanı Maradona “mən fələstinliyəm” deyərək Fələstinin haqlı olduğu münaqişədə yanında olduğunu bildirib. Maradona Fələstin münaqişəsiylə bağlı həmrəyliyini sosial media hesabından Mahmud Abbasla olan fotosunu paylaşaraq da ifadə edib.

Maradona sosial media hesabından etdiyi paylaşımında “bu adam Fələstin üçün sülh istəyir. Prezident Mahmud Abbasın dövləti və haqqı var” ifadələrini işlədib.

Qeyd edək ki, Fələstin dövlətinin lideri Abbas Rusiyaya 3 günlük səfər gerçəkləşdirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...