Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

MAKEDONİYADA TARİXİ MƏSCİDƏ QARŞI TƏXRİBAT

Məscidin divarına xaç işarəsi çəkildi.

Makedoniyanın şimal-qərbində, Qostivar şəhərində yerləşən Saat məscidinin divarına xaç işarəsi çəkilib.

“Din.az”ın verdiyi məlumata görə, Makedoniya Türk Demokratiya Partiyası (TDP) tarixi məscidə qarşı edilən bu cür təxribatı şiddətlə qınayıb. Partiya sədri verdiyi açıqlamada, bu kimi çirkin hücumların dinlər və millətlər arasında nifrət toxumlarını səpmək istəyənlərin oyunu olduğunu bildirib.

Məscidin divarına qırmızı boyalarla xaçın kim tərəfindən çəkilməsi məlum deyil.

Qostivar polisi hadisə ilə bağlı araşdırmaya başlayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...