Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Makron erməni lobbisinin təkliflərini rədd etdi – Azərbaycan və Türkiyənin tərəfində durdu

Makron erməni lobbisinin ondan “Türkiyəni günahlandırmaq” istəklərini rədd edib.

Ermənilərin tanınmış simaları ilə görüşən Fransa prezidenti Emmanuel Makron Türkiyə ilə bağlı haqqında yayılan ittihamları geri çevirib.

Din.az xəbər verir ki, Fransa prezidenti Makron Parisdə 500 nəfərin iştirak etdiyi dəvətdə erməni lobbisinin tələblərini dinləyib.

Çıxışı zamanı sözlərinə “erməni soyqırımını anma günü”nü əlavə edəcəyini söyləyən Fransa prezidenti Makron erməni lobbisinin ondan “Türkiyəni günahlandırmaq” istəklərini rədd edib.

Türkiyəyə qarşı “azlıqları təhdid etmək”lə günahlandırılmasını tələb edən erməni lobbiçilərə Makron rədd cavabı verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqələrinə əhəmiyyət verdiyini dilə gətirən Makron tələbi rədd edib.

Erməni lobbisinin təmsilçilərinin başqa bir tələbi erməni siyasətçilərin iştirakı ilə Makronun Dağlıq Qarabağ ziyarəti gerçəkləşdirməsi olub. Bu tələbi də rədd edən Makron “Sizi məyus edəcəm, amma bunu edə bilmərəm. Fransanın Azərbaycan və Ermənistan arasındakı vasitəçi rolunu qeyd etmək istərdim. Bu problemi həll etdiyimiz zaman gəlmək istərdim” ifadəsini işlədib. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...