Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Makron Roma papasını Fransaya dəvət etdi

Kilsədəki yanğından sonra Roma papası Fransisk Parisə dəvət edildi.

Fransa prezidenti Emmanuel Makron Notr-Dam kilsəsindəki güclü yanğından sonra Roma papası Fransiski Parisə dəvət edib.

Din.az Trend-ə istinadən bildirir ki, bu barədə E.Makron özü açıqlama verib.

O, Roma papası ilə telefonla danışdığını bildirib:

“Mən onu səfərə dəvət etmişəm və o, uyğun zamanda səfər edəcək”.

Qeyd edək ki, aprelin 15-də Parisin Notr-Dam kilsəsində güclü yanğın olub. Nəticədə kilsə üzərindəki qüllənin bir hissəsi aşıb, məbədin saatı yanaraq məhv olub. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edib. Binanın böyük hissəsi dağılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...