Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Makrondan Ruhaniyə zəng: nazir İran səfərini təxirə saldı

Makron iranlı həmkarına toqquşmalarda ölənlərlə bağlı başsağlı verdi.

Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian İran səfərini təxirə salıb.

Din.az xəbər verir ki. bu barədə Yelisey sarayı məlumat yayıb. Nazirin İrandakı kütləvi aksiyalara görə səfərdən imtina etdiyi bildirilib.

Prezident Emmanuel Makron isə iranlı həmkarı Həsən Ruhani ilə telefon əlaqəsində toqquşmalarda ölənlərlə bağlı başsağlığını çatdırıb və İran hakimiyyətini konflikti dinc yolla həll etməyə çağırıb.

“Prezidentlərin telefon danışığında hər iki tərəf bu həftənin sonu Fransa XİN rəhbərinin İrana nəzərdə tutulan səfərinin təxirə salınmasının məqsədəuyğun olduğu qərarına gəliblər”, – məlumatda bildirilib.

Qeyd edək ki, dekabrın 28-dən başlayan aksiyalarda ən azı 23 (bəzi mənbələrdə 27) nəfərin öldüyü, 700-dən çox şəxsin isə həbs edildiyi bildirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...