Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Malayziyada İslamı təhqir edən şəxs həbs olunub

Sosial şəbəkəyə İslam və Muhəmməd peyğəmbəri (s) təhqir edən səs yazısı yerləşdirildi.

Malayziyada 22 yaşlı kişi sosial şəbəkələrdə İslam dinini təhqir etdiyinə görə, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Din.az “Report”a istinadən  xəbər verir ki, bu barədə yerli polisə istinadən CNN məlumat yayıb.

Polisin məlumatına görə, o, sosial şəbəkəyə İslam və Muhəmməd peyğəmbəri (s) təhqir edən səs yazısı yerləşdirib.

Bildirilir ki, ona qarşı 10 ittiham irəli sürülüb. Kişini 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası və ya 12 min dollar məbləğində cərimə gözləyir. O, öz günahını etiraf edib.

Bununla yanaşı, Malayziya polisi daha üç nəfərə qarşı dini təhqir etdiklərinə görə ittiham irəli sürərək, onları nəzarətə götürüb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...