Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Marneulidə yeni məscidin açılışı olub – FOTO

Maraqlıdır, məscidin açılışında niyə İran və İraq nümayəndələri iştirak etməlidirlər?

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda yeni məscidin açılışı olub.

“Din.az” xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, açılışdan öncə Gürcüstanda səfərdə olan İraq və İran nümayəndə heyətlərinin üzvləri ilə Marneuli rayon icra başçısı Merab Topçişvili, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və digərlər arasında görüş keçirilib.

İraqdan gələn din xadimi Ayətullah Seyyid Cavad Şəhristani M. Topçişviliyə Quran kitabı hədiyyə edib. Marneuli icra başçısı isə qonağa Şota Rustavelinin gürcü və Azərbaycan dillərində nəşr olunan “Pələng dərisi geymiş pəhləvan” əsərini hədiyyə edib.

Sonra Marneulidə Ayətullah Seyyid Cavad Şəhristaninin dəstəyi ilə inşa olunan yeni məscidin açılışı olub. Tədbirdə Gürcüstan, İraq və İranın din xadimləri, habelə İranın Gürcüstandakı səfiri Abbas Talebifar, Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmisi Dursun Həsənov və Kvemo Kartli bölgəsində fəaliyyət göstərən din xadimləri iştirak ediblər. Qonaqlar məsciddə namaz qılıblar.

Həmin gün məscidin yanında Ayətullah Seyyid Cavad Şəhristaninin dəstəyi ilə yeni tikilən və müasir avadanlıqlarla təchiz olunmuş klinikanın açılışı olub.

1e7e5f09ff7bcc5a6175ba9af788e5de

5a643417af7fed4ffa9b2ff586f03b53

8c1082135c2a121e8fa24c8498c6acde

500ded069bfc3a38ca6ddb1b8a2cf06c

49587ec2c7a154f1c5f8fab619c30fbc

cde20426a5dc6f8db925d97a7bbae87f

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...