Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Mars əvvəllər Dünya kimi atmosferə sahib idi?

Ortaya çıxan yeni tapıntılar təəccüb doğurdu…

NASA-nın kəşf vasitəsi olan “Curiosity” oksigenin Marsın qədim zamanlarında atmosferə nüfuz etdiyini, yəni sıx şəkildə tapıldığını ortaya qoyan dəlillərə sahiblənib. Yəni, Qırmızı Planet bir zamanlar bəlkə də Dünya kimi görünürdü!

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Los Alamos Milli Laboratoriyasındakı elm adamları da Marsın süxurlarında yüksək dərəcədə manqan oksidi olduğu nəticəsinə gəlib. “Curiosity” Gale kraterinin Kimberley bölgəsində bir element kəşf edib. Bir kimyəvi elementin varlığı bir zamanlar Marsda oksigenin, iqlimin və bolluca suyun (bəlkə də göllər və hövzələr) olduğunu ortaya qoyur. Araşdırmaçılar yüksək miqdarda manqan materialının bol miqdarda oksigen və su olmadan meydana gəlməyəcəyini söyləyib.

Bəs bu oksigen hardan gəldi və hara getdi?

Elm adamlarının nəzəriyyəsinə görə, çökən maqnit sahəsi ilə birlikdə oksigen xaricə sızıb. Səthini ionlaşdırıcı radiasiyadan qorumaq üçün də maqnit sahəsi olmadıqda suyun tərkibindəki oksigen və hidrogen də ayrılıb. Zaman keçdikcə artıq bu oksigenin səthi qırmızı paslı toza çevrilib və süxurların içinə qədər girib. Qırmızı dəmir oksidin əmələ gəlməsi üçün çox oksigen lazım deyil. Lakin manqan oksidi üçün bol miqdarda oksigen lazımdır.

Həyəcanverici tapıntılar və araşdırma, milyon il əvvəl Marsda yaşana biləcək atmosfer ola biləcəyi qənaətinə gəlir. “Curiosity” Marsda manqan tapan yeganə kəşf vasitəsi deyil. “Opportunity”də “Curiosity”dən minlərlə mil uzaqlıqda manqan yataqları tapmışdı.

554376681630

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...