Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Masallıda məsciddən pul oğurlayan şəxslər saxlanılıb

Məsciddən 2300 manat, 1300 ABŞ dolları, 16400 rus rublu oğurlandı.

Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məsciddən pul oğurlayan şəxslər saxlanılıb.

Din.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Masallı rayonu Bədəlan kəndinin Aşurlu məhəlləsində yerləşən məsciddən 2300 manat, 1300 ABŞ dolları, 16400 rus rublunun oğurlanması barədə rayon polis şöbəsinə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxslər aşkarlanaraq polis əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, oğurluq edənlər Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuş Əli Zeynalov və Nizami Mahmudovdur. Oğurladıqları 300 dollar və 127 AZN onlardan maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...