Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Masazır Cümə məscidi əsaslı təmir ediləcək – FOTO

XVI əsrin abidəsi olan Masazır Cümə məscidi təmir olunacaq.

Abşeron rayonunda tarixi abidələrdən biri də Masazır Cümə məscididir. 16-cı əsrdə inşa edilmiş bu abidə Sovet hakimiyyəti dövründə müxtəlif məqsədlər üçün istifadə olunub. Sonuncu dəfə isə məscid 1988-ci ildə təmir olunub. Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova Masazır Cümə məscidinin vəziyyəti ilə yaxından tanış olub.

Din.az Milli.Az-a istinadən bildirir ki, Cümə məscidin əsaslı təmiri ilə əlaqədar müvafiq təşkilatlara göstəriş verilib. Qeyd olunub ki, tezliklə təmirlə bağlı layihə-smeta sənədləri hazırlanacaq. Təmir işləri zamanı məscidin ilkin görünüşünə xələl gətirməmək üçün mütəxəssislər cəlb ediləcək.

Sonra Masazırda Şəhidlər abidə kompleksi və Şəhidlər Parkının salınması üçün tapşırıq verilib. Şəhid ailələrinin üzvləri Vətən uğrunda canlarını qurban vermiş qəhrəman oğul və qızlarımızın xatirəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...