Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Mayk Tayson – Mən necə müsəlman oldum?

“Rinqdə Allahdan kömək diləmək, eqoizmin ifrat dərəcəsinin nişanəsidir”.

Məşhur boksçu Mayk Tayson İslam dininə gəlişi haqda danışıb.

“Din.az”ın “İslamazeri.az”a istinadən verdiyi xəbərə əsasən, məşhur boksçu Mayk Tayson ərəb telekanallarının birinə verdiyi müsahibədə, İslam dininə gəliş səbəbi və bu dinin həyati fəlsəfəsinə necə əməl etdiyi haqda danışıb.

Taysonun sözlərinə görə, heç kəs onu İslam dininə dəvət etməyib və heç kəs ona konkret bir təsir göstərməyib: “Sadəcə olaraq, ətrafımda müsəlmanlar var idi. (Zaman keçdi) və mənim də müsəlman olmaq “növbəm” gəlib çatdı.”

“İslam mənə dünyanın nə olduğunu başa saldı. Hesab edirəm ki, insanlar ya bu (İslam – red.) nöqteyi nəzəri seçir, ya da “qaranlıq tərəfi” seçir…”

Aparıcının  “boks yarışları zamanı dua edirsiniz mi?”sualının cavabında isə Tayson bildirib: “Əlbəttə ki, yox, heç vaxt.”

“Rinqdə Allahdan kömək diləmək, eqoizmin ifrat dərəcəsinin nişanəsidir.”

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...