Məcidiyeköy – Çamlıca teleferik layihəsi ləğv olundu

Çamlıca Məscid üçün vacib nəqliyyat vasitəsi kimi planlaşdırılan Mecidiyeköy – Çamlıca teleferik layihə ləğv olunub
Məcidiyeköydən Çamlıcada tikilən məscidə sərnişin daşınması üçün planlaşdırılan teleferik layihə ləğv olunub. Teleferik yerinə Altunizadə metrosu 3,5 kilometr uzadılaraq məscidə metro ilə getmək təmin ediləcək.
“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, lahiyə, Çamlıcada tikilən məscidə sərnişin daşıyacaqdı. 10 kilometr xətt üzərində 6 stansiyadan ibarət olan və İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) 2016-cı ilin büdcə proqramına da daxil olan teleferik layihənin ləğv edilməsinə dair təklif 21 iyul tarixində müzakirə edilib.
Səsə qoyulan Yenidənqurma və Tikinti Komissiyası hesabatında Mecidiyeköy – Zincirlikuyu – Altunizade – Çamlıca arasındakı teleferik üzərində fərqli nəqliyyat vasitələrinin keçdiyi üçün layihənin ləğv edildiyi bildirilib.
Komissiya, layihənin ləğvini ictimai fayda daşıdığı üçün münasib görüb. Ləğv qərarı millət məclisində CHP və AK partiyalarının səsləri ilə qəbul edilib.