Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Media və mənəvi dəyərlər” adlı məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Media hər yerə, hər qapıya ayaq aça bilir”.

Noyabrın 30-da Bakıda “Media və mənəvi dəyərlər” mövzusunda konfrans və eyniadlı məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi baş tutub.

Din.az “Report”a istinadən xəbər verir ki, mərasimdə mətbuat nümayəndələri və qəzet redaktorları ilə yanaşı gənclər və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov qurumun gördüyü işlərdən və müsabiqənin əhəmiyyətindən söz açıb.

M.İsmayılov Fond tərəfindən bir çox qurumlarla mənəvi dəyərlərin təbliği ilə bağlı müsabiqələrin keçirildiyini bildirib:

“Biz artıq görürük ki, gələcəkdə gənclər arasında bu cür formatda konfransların təşkili ilə yanaşı, müsabiqələrin keçirilməsinə də ehtiyac var. Azərbaycan mediası böyük gücdür və müasir dünyada da medianın rolu artıq hər kəsə məlumdur. Media hər yerə, hər qapıya ayaq aça bilir. Ona görə də biz belə düşündük ki, media nümayəndələri arasında da mənəvi dəyərlərlə bağlı müsabiqə təşkil edək. Gələcəkdə media ilə bağlı tədbirlərdə daha fərqli, geniş müsabiqələr təşkil etmək fikrindəyik”.

Tədbirdə daha sonra digər qonaqlar çıxış edərək mövzu ilə bağlı öz fikirlərini ifadə ediblər.

Sonda qaliblər mükafatlandırılıb.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...