Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Mediada xurafatı dəstəkləyən yazıların yer alması təəssüfedicidir”

“Hələ də cəmiyyətdə xurafat və radikal dini düşüncələrin mövcudluğu inkaredilməzdir.”

Fazil Mustafa: “Bu yazılar əsasən iki səbəbdən meydana çıxır…”

Elmin və texnologiyanın yüksək inkişafına rəğmən, hələ də cəmiyyətdə xurafat və radikal dini düşüncələrin mövcudluğu inkaredilməzdir.

Bəs media bu kimi hallara qarşı lazımınca mübarizə apara bilirmi? Medianın imkanlarından düzgün istifadə bu müstəvidə ciddi uğurların əldə edilməsini şərtləndirə bilərmi?

Din.az bildirir ki, Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa hələ ki, bu sahədə müəyyən problemlərin mövcudluğuna diqqət çəkdi:

“Burada önəmli olan medianın peşəkarlığıdır. Peşəkar olmayan medianın bu problemi gündəmə gətirməsi asan məsələ deyil. Ona görə də öncə medianın peşəkarlığı ilə bağlı məsələ öz həllini tapmalıdır. Bu mövzuda savadlı insanlar yazmalıdır.

Ikincisi, bəzi hallarda mediada xurafatı dəstəkləyən yazlılar yer alır. Onların bir qismi sırf savadsızlıqdan, digəri isə kimlərəsə dəstək məqsədindən qaynaqlanır. Biz dəfələrlə bu cür hallarla rastlaşmışıq. Bu, olduqca yanlış yanaşmadır və cəmiyyətə də yaxşı heç nə vermir. Bu cür yazılar xurafatın daha da yayılmasına yol açır. Buna görə də problemin həlli üçün bu sahədə yazanların peşəkarlığının artırılması, onların daha da ixtisaslaşması vacibdir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...