Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Mədinə yaxınlığındakı Uhud dağında şəlalə yarandı – VİDEO

İnsanlar bu yerlər üçün qeyri-adi hadisəyə görə çox sevindilər.

Xəbər verildiyi kimi, Səudiyyə Ərəbistanının bir sıra quraq bölgələrində əhəmiyyətli miqdarda yağıntı düşüb. Müqəddəs Mədinə şəhərinə də xeyli leysan yağış yağıb.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, güclü yağışlar nəticəsində fevralın 24-də şəhər yağınlığındakı məşhur Uhud dağında şəlalə meydana gəlib. Videogörüntülərdə insanların bu yerlər üçün qeyri-adi hadisəyə görə necə sevindiyi görünür.

Uhud dağı Mədinə şəhərinin şimalında yerləşir. Bu gün artıq bu dağ şəhərin bir hissəsinə çevrilib. Ən yüksək zirvəsinin hündürlüyü 1126 m-dir. Peyğəmbərimiz (s) Uhud dağını çox sevər və bu haqda öz səhabələrinə daim bəhs edərdi.

Xatırladaq ki, hicrətin 3-cü ilində, miladi tarixi ilə 625-ci ildə Uhud dağında Peyğəmbərimizin (s) də iştirakı ilə müsəlmanlarla müşriklər arasındakı məşhur döyüş baş verib. Müsəlmanlar Peyğəmbərin (s) bəzi əmrlərinə səhlənkar yanaşmaları və döyüşün ilk mərhələsində qalib gəldiklərini zənn edərək qənimət dalınca qaçmaqları kimi səbəblərdən məğlub olublar…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...